Dəmir yumruq » Manşet » Prezidentlə xanımı Şəhidlər xiyabanında -foto
Manşet / Hadisə / Bugün, 13:28

Prezidentlə xanımı Şəhidlər xiyabanında -foto

 

  

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Ətraflı
 
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr ediblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.