Dəmir yumruq » Manşet » "44" filminin çəkilişləri başa çatdı - Foto
Manşet / Hadisə / Bugün, 17:26

"44" filminin çəkilişləri başa çatdı - Foto

 

 

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin çəkilişləri bu gün uğurla başa çatıb.
 
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib.
 
O bildirib ki, filmin çəkilişləri 4 il ərzində həyata keçirilib: “Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.