Son günlər fəaliyyətinə xitam verilən Azərbaycan Beynəlxalq Universitetinin keçmiş korrupsioner rektoru, ölkəsinə, vətəninə qarşı iftiralar səsləndirən Elşad Abdullayevlə bağlı yeni məlumatlar əldə edilib.
Belə ki, adı min bir dələduzluqda hallanan sabiq rektor E. Abdullayev durmadan Azərbaycan əlehinə kampaniya aparmaqda davam edir. Məlumat üçün bildirək ki, hazırda barəsində axtarış elan olunan bu şəxs sərbəst şəkildə Rusiyanın Moskva şəhərinə və digər ölkələrə giriş-çıxış edə bilir. Maraqlı məqam isə ondan ibarətdir ki, interpol xətti ilə axtarda olan E. Abdullayev nə üçün saxlanılıb ölkəyə təhvil verilmir? Bəlkə, torbada pişik var?
E.Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub.
Əfsüslər olsun ki, dələduzluqda və digər cinayətlərdə əli olan Elşad Abdullayevin məhkəməsi qapalı keçirildi. Amma nəticəsi barədə ictimayətə heç bir açıqlama verilmədi. Bütün varlığı ilə və olmayan vicdanı ilə Vətəninə xəyanət edən dələduz E. Abdullayev, dövlət çevrlişinə cəhdin fundamentini qoyan şəxs 5 dəfə Ümumilli Liderə, 2 dəfə də ölkə başçısı cənab İlham Əliyevin fəaliyyəti dövründə dövlət çevrilişinə və ölkənin konstitusion qurluşunu dəyişməyə cəhd edib. 
Belə bir şəxsin saxlanılması və Azərbaycana təhvil verilməsi üçün bütün istiqamətlərdə işlər görülməlidir. 
Mövzüya yenidən qayıdacayıq...
Demiryumruq.az