Dəmir yumruq » Manşet » “İstanbul NS” klinikasının külli miqdarda borcu üzə çıxdı
Manşet / Hadisə / Bugün, 09:02

“İstanbul NS” klinikasının külli miqdarda borcu üzə çıxdı

 

Bakıda fəaliyyət göstərən "İstanbul NS” klinikasının külli miqdarda vergi borcu yaranıb.
Hazırda klinikanın dövlətə 77 750 manat vergi borcu var.
Sözügedən klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğuna görə məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb.
Qeyd edək ki, "İstanbul NS” klinikasının qanuni təmsilçisi Nəsirov Azər Qənbər Oğludur.
Demiryumruq.az

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.