Dəmir yumruq » Manşet » Yağış yağır, güclü külək əsir
Manşet / Hadisə / Bugün, 17:25

Yağış yağır, güclü külək əsir

      

Oktyabrın 13-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Lerik, Culfada 21, Mingəçevirdə 18, Kəlbəcərdə 17, Balakən, Şəmkir, Gəncədə 16 m/s-yə çatır.
 
Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Quba, Şahdağ, Balakən, Şəki, Zaqatala, Xaçmaz, Qusar (Laza), Qax (Sarıbaş), Beyləqan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Sabirabadda arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
 
Şəki, Balakən, Qax (Sarıbaş), Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafasi 500 metrədək məhdudlaşır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.