Dəmir yumruq » Manşet » Girov götürülən gəmidə iki Azərbaycan vətəndaşı olub - Rəsmi
Manşet / Hadisə / 9-10-2025, 21:35

Girov götürülən gəmidə iki Azərbaycan vətəndaşı olub - Rəsmi

 

Oktyabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
 
O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.
 
“İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur”, - XİN rəsmisi bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.