Dəmir yumruq » Manşet » Əminə Yusifqızı vəfat etdi
Manşet / Hadisə / 9-10-2025, 19:17

Əminə Yusifqızı vəfat etdi

   

Xalq artisti Əminə Yusifqızı vəfat edib.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
 
Məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub: “Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb”.
 
Qeyd edək ki, sentyabrın 24-də Xalq artistinin 89 yaşı tamam olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.