Dəmir yumruq » Manşet » Bu işçilərin maaşı artırıldı - Sərəncam
Manşet / Hadisə / 4-10-2025, 13:53

Bu işçilərin maaşı artırıldı - Sərəncam

   

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.
 
 Sərəncama əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilir.
 
Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsini və görülən işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
 
Sərəncam 2025-ci il avqustun 1-dən tətbiq edilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.