Dəmir yumruq » Manşet » Hava şəraiti açıqlanıb
Manşet / Hadisə / 2-10-2025, 20:31

Hava şəraiti açıqlanıb

 

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 13-16, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.