Dəmir yumruq » Manşet » Prezident Maya Sandu ilə görüşdü - Fotolar
Manşet / Hadisə / 2-10-2025, 08:06

Prezident Maya Sandu ilə görüşdü - Fotolar

 

 

  

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
 
 Dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib.
 
Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə edib. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
 
Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
 
Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
 
Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.