Dəmir yumruq » Manşet » Küləkli hava ilə bağlı növbəti - Xəbərdarlıq
Manşet / Hadisə / 30-09-2025, 20:15

Küləkli hava ilə bağlı növbəti - Xəbərdarlıq

 

BDYPİ küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
 
Bu haqda BDYPİ-dən məlumat verilib.
 
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
 
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur:
 
“Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər”.
 
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.