Dəmir yumruq » Manşet » Əhaliyə sarı və narıncı - Xəbərdarlıq verildi
Manşet / Hadisə / 30-09-2025, 17:00

Əhaliyə sarı və narıncı - Xəbərdarlıq verildi

 

   

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
 
 Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
 
Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi və 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
 
Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
 
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.7 m/san təşkil edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.