Dəmir yumruq » Manşet » Rusiyanın sərhəd gəmisi Bakı limanında - Fotolar
Manşet / Hadisə / 23-09-2025, 14:32

Rusiyanın sərhəd gəmisi Bakı limanında - Fotolar

 

 


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizəsinin “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfər edib. 
 
Bununla bağlı Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
 
Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri tərəfindən hər iki ölkənin sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub.
 
Səfər müddətində “Sərhədçi” İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.
 
Mədəni tədbirlər çərçivəsində qonaqların “Heydər Əliyev Mərkəzi” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil edilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.