Dəmir yumruq » Manşet » Əmrullayev türkiyəli həmkarı ilə Qarabağda - Fotolar
Manşet / Hadisə / 23-09-2025, 09:28

Əmrullayev türkiyəli həmkarı ilə Qarabağda - Fotolar

 

 


Türkiyənin milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş ərazilərdə olub.
 
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Şuşa şəhər 1 nömrəli, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli və Ağdam şəhər 1 nömrəli tam orta məktəblərini ziyarət edərək bu təhsil ocaqlarında yaradılmış müasir tədris mühiti ilə yaxından tanış olub.
 
Yusuf Tekin Qarabağın sürətli bərpa və yenidənqurma prosesinin bir hissəsi kimi müasir təhsil infrastrukturunun qısa müddətdə təkmilləşdirilməsini yüksək qiymətləndirib. O, Şuşa, Füzuli və Ağdam məktəblərində şagirdlər üçün yaradılmış müasir şəraitin Azərbaycanın gələcək nəsillərinin yüksək bilik və bacarıqlara yiyələnməsinə xidmət etdiyini xüsusilə vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.