Dəmir yumruq » Manşet » Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar
Manşet / Hadisə / 23-09-2025, 09:17

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar


 

 

Sentyabrın 22-də ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.
 
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.
 
Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir.
 
Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin zəruriliyini sübut edir.
 
Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə "Sıfır Tullantı" prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda belə Anadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.
 
Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş “Torpağın münbitliyi”, “Mətbəxin toplanması” və “Əllərin ustalığı” adlı üç əsas mövzunu əhatə edib.2

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.