Dəmir yumruq » Manşet » Bu layihələrin ümumi dəyəri 5,5 milyarddan artıqdır
Manşet / Hadisə / 22-09-2025, 15:42

Bu layihələrin ümumi dəyəri 5,5 milyarddan artıqdır

Azərbaycanda keçirilən I Beynəlxalq İnvestisiya Forumunun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıqdır.
 
  Bunu Forum çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
 
O bildirib ki, sabah, yəni Forumun ikinci günündə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda şirkətlərimiz tərəfindən həyata keçiriləcək iqtisadi və investisiya layihələrinə dair bir sıra digər mühüm sənədlər imzalanacaqdır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.