Dəmir yumruq » Manşet » Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Manşet / Hadisə / 22-09-2025, 16:24

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
 
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
 
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.
 
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.