Dəmir yumruq » Manşet » Adnan Əhmədzadə harada və necə həbs edilib?
Manşet / Hadisə / 20-09-2025, 17:24

Adnan Əhmədzadə harada və necə həbs edilib?

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
 
 Adnan Əhmədzadə ötən gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.
 
Məlumata görə, A.Əhmədzadə yarışın keçirildiyi əraziyə "Maybak" markalı "77-AA-555" dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlibmiş.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.