
Avropa Komissiyası Rusiyaya qarşı yeni 19-cu sanksiyalar paketini təsdiqləyib.
Avropa Komissiyasının lideri Ursula fon der Leyen 19-cu sanksiya paketinin əsas məqamlarını açıqlayıb.
Yeni tədbirlər çərçivəsində:
- Rusiyanın LNG idxalı AB bazarlarına qadağan ediləcək;
- “Kölgə donanmasına” aid 118 gəmi sanksiya siyahısına əlavə olunacaq (ümumi 560 gəmi);
- “Rosneft” və “Qazpromneft” şirkətləri tam əməliyyat qadağasına məruz qalacaq;
- Üçüncü ölkələrdəki neftayırma, neft treyderləri və neft-kimya şirkətləri, o cümlədən Çindəki qurumlar da hədəf alınacaq;
- Rusiya və üçüncü ölkələrin əlavə banklarına əməliyyat qadağası tətbiq edəcək;
- Kripto platformaları və kriptovalyuta əməliyyatları sanksiyalara daxil ediləcək;
- Xüsusi iqtisadi zonalardakı şirkətlərlə əməliyyatlar məhdudlaşdırılacaq;
- Hərbi sahədə istifadə olunan texnologiyalara ixrac qadağaları gətiriləcək, 45 şirkət sanksiya siyahısına salınacaq.