Xəbər lenti
Dəmir yumruq » Manşet » Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Manşet / Hadisə / Bugün, 06:50

Deputat istefa verdi, bütün rəhbər heyət getdi

 

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.
 
Bu barədə DAF-dan məlumat verilib.
 
Məlumata görə, istefa edənlər DAF prezidenti, sabiq millət vəkili, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, 1-ci vitse-prezident, millət vəkili Könül Nurullayeva, vitse-prezident Anar Qurbanov, ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İsgəndərova və katibliyin rəhbəri Tünzalə Əzimovadır.
 
Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər isə prezident Fuad Quliyev, 1-ci vitse-prezident Mehman Səfərov, vitse-prezident Davud Davudov, könüllülərlə iş departamentinin rəhbəri Jalə Məmmədova olub.
 
İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.