
Prezident İlham Əliyev ABŞ lideri Donald Trampa təşəkkür edib.
Prezident bu barədə “X” hesabında paylaşım edib.
“Prezident Donald Tramp, “Truth Social” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız önəmli rolu yüksək qiymətləndirirəm” – paylaşımda qeyd olunub.