Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Manşet / Hadisə / Bugün, 15:02

Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
 
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi.
 
Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern memarlıq nümunəsi kimi seçiləcək. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsi 11 rəqəmi formasında olacaq. Şəhərin yuxarı hissəsində inşa olunan bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.