Dəmir yumruq » Manşet » Yağıntılı hava nə vaxta kimi davam edəcək?
Manşet / Hadisə / Bugün, 20:12

Yağıntılı hava nə vaxta kimi davam edəcək?


Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava gözlənilir. Sentyabrın 16-da səhər və axşam, sentyabrın 17-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
 
Onun sözlərinə görə, bölgələrədə sentyabrın 18-dək havanın arabir yağıntılı olacağı gözlənilir:
 
“Bölgələrdə də sentyabrın 16-da əsasən, yağmursuz hava müşahidə olunsa da, gündüz saatlarından başlayaraq, ayın 18-i gündüzədək arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sentyabrın 17-i əsasən, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.