Dəmir yumruq » Manşet » Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı
Manşet / Hadisə / Bugün, 19:55

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb.
 
Bu barədə İctimai Birlikdən bildirilib.
 
Layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda, ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir. Sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər.
 
"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, eyni zamanda, təbiətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır.
 
Layihənin rəsmi sosial media səhifələrini aşağıdakı linklər vasitəsilə davamlı izləmək olar:00-dan

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.