Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda Bilik Günüdür
Manşet / Hadisə / Bugün, 07:26

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günü qeyd olunur.
 
Bu gun sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
 
Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq. 
 
2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.
 
Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub. 
 
Həmçinin yeni tədris ilindən Bakı məktəblərində jurnallar ləğv olunur və “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır. 
 
Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.
 
Məlumat üçün bildirək ki, son illərdə 600-ə yaxın yeni məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib. 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.