Xəbər lenti
Dəmir yumruq » Manşet » Zakir Həsənov Pakistana başsağlığı verdi
Manşet / Hadisə / Bugün, 09:51

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb. 
 
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. 
 
Başsağlığında deyilir: “Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
 
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir  və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik. Allah rəhmət eləsin”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.