Dəmir yumruq » Manşet » Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq
Manşet / Hadisə / Bugün, 11:15

Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq

 

Pirəkəşkül və Ağdərədə 8-12 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".bu cür

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.