Dəmir yumruq » Manşet » Azərbaycanda Ay tutulması müşahidə olundu
Manşet / Hadisə / Bugün, 08:49

Azərbaycanda Ay tutulması müşahidə olundu

 

Cari ilin ikinci və son Ay tutulması başlayıb.
 
Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq.
 
Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayır və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
 
Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmasında müşahidə olunan Qanlı Ayı saat 21:30 – 22:52 aralığında izləmək mümkün olacaq. Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək. Bu hal həmçinin Günəş üfüqdə olanda da baş verdiyi üçün sübh və qürub çağı qırmızıltıl çalarlarda olur.
 
Qeyd edək ki, sentyabrın 21-i isə ilin son Günəş tutulması (qismən) hadisəsi baş verəcək və Azərbaycandan müşahidə olunmayacaq.
 
***

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.