Dəmir yumruq » Manşet » DYP-dən yükdaşıma ilə məşğul olanlara müraciət
Manşet / Hadisə / Dün, 08:45

DYP-dən yükdaşıma ilə məşğul olanlara müraciət

 

Dövlət Yol Polisi İdarəsi yükdaşıma ilə məşğul olan şəxslərə müraciət edib.
 
Bu barədə İdarədən məlumat verilib.
 
Bildirilib ki, müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir:
 
"Belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, əyləc yolunun uzanmasına, tozlu hava effekti yaradaraq görmə imkanlarının zəifləməsinə, nəticədə isə ağır qəzaların baş verməsinə səbəb olur.
 
Maye tərkibli yüklərin nəqliyyat vasitələrində düzgün yerləşdirilməməsi isə hərəkət zamanı və xüsusilə manevrlər edilərkən onların yolun hərəkət hissəsinə dağılmasına gətirib çıxarır ki, bu da digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır".
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə və yük göndərənlərə xatırladır ki, yüklər yalnız qaydalara uyğun şəkildə yerləşdirildikdən və müvafiq örtüklərlə möhkəmləndirildikdən sonra yola buraxılmalıdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.