Dəmir yumruq » Manşet » Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi BAĞLANIR - TARİX AÇIQLANDI
Manşet / Hadisə / Dün, 14:56

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi BAĞLANIR - TARİX AÇIQLANDI

 

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Hökumətinin qərarı ilə sabahdan ölkəmizdəki nümayəndəliyini bağlayır.
 
Bu barədə sorğusuna cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) məlumat verilib.
 
Qeyd edilib ki, sentyabrın 3-ü, 2025-ci il tarixində qurum ölkədəki nümayəndəliyini bağlayacaq.
 
"BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn (BHH) himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək. Biz humanitar diplomatiya, BHH və ortaq maraq mövzusu olan digər humanitar məsələlərə dair dialoqumuzu davam etdirmək niyyətindəyik.
 
1992-ci ildən başlayaraq BQXK münaqişədən zərər çəkmiş insanların təcili və zəruri ehtiyaclarını qarşılamağa kömək edib, zərər çəkmiş insanlara psixososial dəstək göstərib, kritik əhəmiyyəti olan infrastrukturu təkmilləşdirib, mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərdə mina risklərinə dair maarifləndirmə və təhlükəsiz davranış layihələri həyata keçirib.
 
BQXK beynəlxalq humanitar hüququn icrasının təbliğində və münaqişə ilə əlaqədar itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində hakimiyyət orqanlarına dəstək göstərib. Biz münaqişə ilə əlaqədar saxlanılan şəxslərə baş çəkərək onların saxlanma şəraitinin, onlarla rəftarın monitorinqini aparıb, ailələri ilə əlaqələrinin qorunmasına kömək etmişik. Biz gördüyümüz bütün işlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, nazirliklər və dövlət qurumları, eləcə də Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin beynəlxalq federasiyası kimi tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik", - deyə məlumatda bildirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.