Qaz təchizatı haqqında” Qanun qüvvəyə minib.
Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərmanı imzalayıb.
Bu Qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur.
Qanuna əsasən, qazdan istifadə qaydaları hazırlanacaq.
Nazirlər Kabineti qazdan istifadə qaydalarını hazırlayıb 9 ay ərzində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə bu müddət ərzində qaz təchizatı sisteminə dair qaydaları hazırlamaq da tapşırılıb.