



Müraciətlərə operativ baxılması, vətəndaş məmnunluğunun artırılması, Nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşları maraqlandıran məlumatların daha əlçatan olması məqsədilə Ədliyyə Nazirliyinin "881" çağrı mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşların istifadəsinə verilib.
Çağrı mərkəzinin fəaliyyəti ilə ədliyyə naziri Fərid Əhmədov yerində tanış olub.
"881" çağrı mərkəzinin işində müasir dövrün tələbləri nəzərə alınaraq, innovativ texnologiyalar və müasir yanaşmalar tətbiq olunub.
Fəaliyyətinə 2022-ci ildən başlayan çağrı mərkəzində ötən dövr ərzində zəruri infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Yenilənmiş mərkəz ən müasir texnoloji avadanlıqlarla - o cümlədən interaktiv səsli cavablandırma (IVR) sistemi, səsboğucu cihazlar, proqram təminatı, texniki və metodiki vasitələrlə təchiz olunub.
"881" çağrı mərkəzi vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək xidmət göstərir.