Dəmir yumruq » Manşet » Qarabağ Fondunun Müşahidə Şurasındakı dəyişiklik...
Manşet / Hadisə / Bugün, 07:39

Qarabağ Fondunun Müşahidə Şurasındakı dəyişiklik...

 

Qarabağ Dirçəliş Fondu (QDF) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Bu barədə Fonddan məlumat verilib.
 
Qeyd olunub ki, Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik baş verməyib:
 
"Məlum olduğu kimi, 12 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik baş verməyib".
 
“Xatırladaq ki, 5 fevral 2025-ci il tarixli Prezident sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Həmçinin, Tural Gəncəliyevin rəhbərlik etdiyi “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi 2021-ci ilin aprelində fəaliyyətini dayandırıb. Prezidentin son Sərəncamında məhz bu dəyişikliklər nəzərə alınaraq Şura üzvlərinin vəzifə adlarında müvafiq düzəlişlər edilib. Həm Muxtar Babayev, həm də Tural Gəncəliyev əvvəlki kimi Müşahidə Şurasının üzvləri olaraq fəaliyyətlərini davam etdirirlər”, - məlumatda qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.