Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb SƏRƏNCAM
Manşet / Hadisə / Dün, 23:05

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb SƏRƏNCAM

 

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib.
 
Demiryumruq.az xəbər verir ki, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir nəfər 1-ci dərəcəli “Əmək” ordeni ilə, on nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 137 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
 
Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə 26 nəfər “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
 
Bundan başqa, Azərbaycanda milli mətbuatın inkişafı sahəsində xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.