Dəmir yumruq » Manşet » Səudiyyə Ərəbistanında siqaret - Qadağası
Manşet / Hadisə / Dün, 16:34

Səudiyyə Ərəbistanında siqaret - Qadağası

 

Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirliyi Krallığın bütün ərazisində köşklərdə və ərzaq mağazalarında tütün məmulatlarının satışını qadağan edib.
 
Demiryuruq. Az xəbər verir ki, bu barədə “Saudi Gazette” məlumat yayıb.
 
Bunlara adi və elektron siqaretlər, qəlyan və oxşar tütün məmulatları daxildir. 
 
Nazirlik kiçik köşklərdə tütün məmulatlarının görünməməsi və qapalı yerlərdə saxlanması kimi təsdiq edilmiş standart spesifikasiyaların vacibliyini vurğulayıb. 
 
Onları 18 yaşından kiçik və ya Siqaretlə Mübarizə Qanunu ilə müəyyən edilən istənilən müştəriyə satmaq qadağandır. 
 
Satıcı alıcıdan onun 18 yaşına çatdığını sübut edən sənəd tələb etmək hüququna malikdir.
 
Bildirilib ki, dəyişikliklər əhalinin sağlamlığını təşviq etmək, qida təhlükəsizliyini yaxşılaşdırmaq, və alıcıların rahat axını təmin etmək məqsədi daşıyır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.