Dəmir yumruq » Manşet » İsti hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ
Manşet / Hadisə / Bugün, 10:37

İsti hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

 

Hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb".
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sürücülərə müraciəti zamanı bildirib:
 
"Məlumdur ki, isti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır ki, bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez büruzə verir.
 
Baş Dövlət Yol Polisi İdarəsi belə halların sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən bir-iki saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır.
 
Unutmayaq: Təhlükəsizliyimizə diqqət həyatımıza verdiyimiz dəyərdir!"
 
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.