İyulun 12-15-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39 dərəcə isti təşkil edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR-də, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.