Dəmir yumruq » Manşet » Stomatoloji xidmətlərin əhali üçün əlçatanlığını artırmaq və ağız-diş sağlamlığı sahəsində maarifləndirməni gücləndirmək məqsədilə səyyar tibbi aksiya keçirilib
Manşet / Hadisə / Bugün, 15:53

Stomatoloji xidmətlərin əhali üçün əlçatanlığını artırmaq və ağız-diş sağlamlığı sahəsində maarifləndirməni gücləndirmək məqsədilə səyyar tibbi aksiya keçirilib

 

 

Binəqədi Rayon İcra Hakimiyyəti və Xocəsən qəsəbə bələdiyyəsinin birgə təşəbbüsü ilə   Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası tərəfindən stomatoloji xidmətlərin əhali üçün əlçatanlığını artırmaq və ağız-diş sağlamlığı sahəsində maarifləndirməni gücləndirmək məqsədilə səyyar tibbi aksiya təşkil edildi.  2 iyul 2025-ci il tarixində keçirilən səyyar müayinə aksiyası Binəqədi rayonunun Xocasən Bələdiyyəsinin inzibati binasında baş tutdu. Klinikanın peşəkar stomatoloqları və rezident həkimlərin iştirakı ilə ərazidə yaşayan ahıl sakinlərə ilkin stomatoloji müayinələr aparıldı, onlara ağız-diş sağlamlığı ilə bağlı fərdi tövsiyələr verildi və gigiyenik maarifləndirmə tədbirləri həyata keçirildi.  Əsas diqqət parodont problemləri, çeynəmə funksiyasının pozulması, diş itkisi və protez ehtiyacları kimi yaşla bağlı stomatoloji məsələlərin vaxtında müəyyənləşdirilməsinə yönəldildi. Müayinə zamanı aşkarlanan hallarla bağlı qeydlər aparıldı və müvafiq müalicə planlarının təşkili üçün ilkin addımlar atıldı. Bu cür tibbi aksiyalar bir daha sübut edir ki, sağlamlıq sahəsində vaxtında atılan profilaktik addımlar və göstərilən qayğı insanların ümumi həyat keyfiyyətinin yüksəlməsində mühüm və dəyərlidir. 
Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə  dövlət başçısına, peşəkar həkim komandasına təşəkkürlərini bildirdilər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.