Dəmir yumruq » Manşet » "Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfrans - Fotolar
Manşet / Hadisə / Bugün, 14:21

"Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfrans - Fotolar

 

 

 

Bu gün Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir.
 
Demiryumruq.az xəbər verir ki, əvvəlcə iştirakçılar tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi ilə tanış olublar.
 
Sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərinin, Azərbaycan mətbuatı tarixində müstəsna yeri olan nəşrlərin, eyni zamanda, medianın inkişafında xüsusi önəm daşıyan hadisələrin əks olunduğu fotolar nümayiş etdirilir.
 
Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı media nümayəndələrinin xatirələrinin əks olunduğu videoyazı nümayiş etdirilib.
 
Konfrans çıxışlarla davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.