Dəmir yumruq » Manşet » Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib
Manşet / Hadisə / Bugün, 09:54

Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib

  

Şahmat üzrə respublika çempionu, tanınmış iş adamı, “Ultra Company” şirkətinin baş direktoru, Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.
 
Demiryumruq. Az Göyçay informasiya agentliyi, NarTv istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
 
Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.
  
Qeyd edək ki, Məhəmməd Zülfüqarlı həm də informasiya texnologiyaları üzrə tanınmış mütəxəssis və təlimçidir.
 
Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
 
   Allah rəhmıt etsin, ailəsinə səbir diləyirik..

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.