Dəmir yumruq » Manşet » Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda...
Manşet / Hadisə / Bugün, 14:05

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda...

 

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
HHQ-nin "N" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.
 
Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.