Dəmir yumruq » Manşet » XİN-də yeni idarə yaradıldı
Manşet / Hadisə / Dün, 09:45

XİN-də yeni idarə yaradıldı

 

Azərbaycan Xarici İşlər Nazirliyinin yeni strukturu təsdiqlənib.
 
Struktur cədvəli 2025-ci il iyunun 18-də rəsmiləşdirilib.
 
Yeni struktura görə, XİN-in nəzdində İqlim Diplomatiyası İdarəsi yaradılıb. Bu idarə nazir müavini Yalçın Rəfiyevin tabeliyində fəaliyyət göstərəcək. İdarənin əsas funksiyalarının Azərbaycan Respublikasının iqlim siyasətinin beynəlxalq arenada təmsil olunması və əlaqədar diplomatik təşəbbüslərin əlaqələndirilməsi olduğu ehtimal edilir.
 
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin hazırkı strukturu nazir Ceyhun Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərir. Nazirlikdə xüsusi tapşırıqlar üzrə səfirlər, müxtəlif nazir müavinləri, eləcə də regional və funksional idarələr yer alır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.