Dəmir yumruq » Manşet » Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
Manşet / Hadisə / Dün, 07:08

Küləkli hava ilə bağlı xəbərdarlıq edildi

 

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
 
Milli Hidrometeorologiya Xidmətindən iyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
 
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Gəncə, Ağstafa, Qobustan, Neftçala, Hacıqabul, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Tərtər, Yevlax, Bərdə, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Ağdam, Beyləqanda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən, Tovuzda da fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.