Dəmir yumruq » Manşet » Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu!
Manşet / Hadisə / Bugün, 13:33

Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu!

 

Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.  
 
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
 
Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq  satış məntəqələrinə və onlayn platformalarına müraciət edə bilərlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.