Dəmir yumruq » Manşet » NATO dağılmaq ərəfəsindədir: Ən təhlükəli dövr...
Manşet / Hadisə / 24-06-2025, 20:15

NATO dağılmaq ərəfəsindədir: Ən təhlükəli dövr...

 

NATO son 75 ilin ən təhlükəli böhranını yaşayır və ABŞ Prezidenti Donald Trampın yenidən seçilməsi, eləcə də onun administrasiyasının Avropaya qarşı hücumlarından sonra dağılmaq ərəfəsindədir.
 
Bu barədə “Blumberq” məlumat yayıb.
 
“Tramp ABŞ-ın NATO ilə bağlı uzun müddət davam edən skeptisizmini tamamilə yeni səviyyəyə qaldırdı. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Münhendə təhqiramiz çıxışından sonra alyansın narahatlığı daha da artdı. NATO əvvəllər Süveyş böhranı, İraq müharibəsi və Fransanın hərbi komandanlıqda iştirakdan imtinası ilə bağlı bölünmələrlə üzləşib. NATO indi eyni vaxtda dörd böhranla üz-üzədir: Ukrayna müharibəsi ilə bağlı təhlükəsizlik böhranı, Avropa ordusunun tənəzzülü ilə bağlı hazırlıq böhranı, ABŞ-ın Asiyaya yönəlməsi ilə bağlı strateji prioritet böhranı və Trampın hərəkətləri ilə daha da kəskinləşən inam böhranı”, - məlumatda deyilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.