Dəmir yumruq » Manşet » Karantin rejimi oktyabradək uzadıldı
Manşet / Hadisə / Bugün, 13:40

Karantin rejimi oktyabradək uzadıldı

 

Karantin rejiminin müddəti uzadılıb.
 
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
 
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.
 
Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 1 iyul 2025-ci ilədək uzadılmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.