Dəmir yumruq » Manşet » Hava dəyişir: Yağış, şimşək, leysan... - Xəbərdarlıq
Manşet / Hadisə / Bugün, 16:25

Hava dəyişir: Yağış, şimşək, leysan... - Xəbərdarlıq

 

Hava dəyişir: Yağış, şimşək, leysan... - Xəbərdarlıq
 
İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
 
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.