Dəmir yumruq » Manşet » Qaxda əməliyyat - İcra başçısı saxlanıldı-Yenilənib
Manşet / Hadisə / Bugün, 15:59

Qaxda əməliyyat - İcra başçısı saxlanıldı-Yenilənib

 

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
 
Demiryumruq. Az News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
 
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
 
***
 
Əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.
 
Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin olunub.
 
***
 
Əldə etdiyimiz məlumata görə, icra başçısı ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
 
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.