Dəmir yumruq » Manşet » Paytaxtın bəzi ərazilərində qaz olmayacaq paytaxtin-bezi-erazilerinde-qaz-olmayacaq
Manşet / Hadisə / 17-06-2025, 15:59

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq paytaxtin-bezi-erazilerinde-qaz-olmayacaq

 

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
 
Bildirilib ki, Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə “Maştağa-Gülçülük” yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.