Dəmir yumruq » Manşet » Prezidentdən bu qurumla bağlı - Fərman
Manşet / Hadisə / 12-06-2025, 07:44

Prezidentdən bu qurumla bağlı - Fərman

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun tərkibi genişlənib.
 
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
 
Fərmanla Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərəcək.
 
Bu vaxta qədər sözügedən işçi qrup 8 nəfərdən ibarət olub.
 
Azərbaycan Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.